Bu barədə İqtisadiyyat.az "Azərkosmos"-dan məlumat əldə edib.
Agentlik peykin orbitdə sığortalanması xidmətinin satın alınması ilə bağlı tender elan edib.
Qeyd edilib ki, müqavilə müddəti bir ildir. Bu müddət 2025-ci ilin fevralından 2026-cı ilin fevralına qədər olan dövrü əhatə edir. Məlumata görə, "Azərkosmos" “Azerspace-1”in gələn il üçün bir illik sığortalanmasının 2 040 000 manata başa gələcəyini proqnozlaşdırıb.
Sığorta olunacaq əmlakın dəyəri 53 milyon ABŞ dollarıdır. Cari il üçün isə sığorta olunan əmlakın dəyəri 66.5 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, hazırda peykin bu ilin fevralından gələn ilin fevralınadək sığorta xidmətini “Paşa Sığorta" ASC həyata keçirir. Bununla bağlı cari il qurumla şirkət arasında 1 436 500 manat dəyərində sığorta müqaviləsi bağlanılıb.
Xatırladaq ki, "Azerspace-1" 2013-cü ilin fevralın 8-də Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən "Ariane-5" daşıyıcı raketi ilə buraxılıb. "Azerspace-1"in istismar müddəti azı 17 ildir. Ümumilikdə 230 milyon ABŞ dollarına başa gələn peyki Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunub.