Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətində yeni təyinat olub.

Şirkətin Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, rəhbərliyin müvafiq əmri ilə Elnur Hüseynquluyev Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin Mətbuat katibi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, FED.az biznes maliyyə portalının təsisçisi olan E.Hüseynquluyev ölkədə fəaliyyət göstərən bir sıra sığorta şirkətlərində PR menecer və tanınmış mətbuat orqanında maliyyə müxbiri vəzifələrində çalışıb.