Azərpoçt Metodologiya üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
Biznes Proseslər üzrə metodoloji bazanın təkminləşdirilməsi:
Müştəri xidmətlərini və məhsullarını/əməliyyatlarını optimallaşdırmaq, Filialların yükünü azaltmaq məqsədi ilə proseslərin/əməliyyatların avtomatlaşdırılması, mərkəzləşdirilməsi və rəqəmsallaşdırılması üzrə işlər aparmaq;
Mövcud biznes proseslərin təkminləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanması;
Müştərilərə xidmət göstərilməsi ilə əlaqədar proseslərdə/əməliyyatlarda/ məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlili;
Proseslər və Məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi;
Biznes proseslər üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydalar üzrə metodoloji bazanın təkminləşdirilməsi və yenilənməsi;
Sənədlərin / daxili reqlamentlərin yoxlanması və standartlaşdırılması
Namizədə dair tələblər:
Ali təhsil;
Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi
Prosedurların və daxili normativ qaydaların yaradılması və yazılması üzrə təcrübə;
Mükəmməl yazılı və şifahi ünsiyyət vərdişləri;
Dəyişiklikləri qəbul etmək bacarığı, yeni biliklər əldə etməyə hazırlıq;
Azərbaycan, rus və ingilis dillərini bilmək.
İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftə içi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Maraqlananlar, öz CV-lərini “Metodologiya üzrə mütəxəssis” başlığı ilə [email protected] mail adresinə göndərə bilərlər.