Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

İqtisadiyyat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 17-si, saat 14:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 25-i, saat 14:00-a qədər "Azərkosmos"un yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Təkliflərə noyabrın 28-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.