“Biz çalışırıq ki, qlobal kosmik sənayedə öz payımız olsun”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Strategiya və biznesin inkişafı departamentinin direktoru Natəvan Həsənova bildirib.

N.Həsənovanın sözlərinə görə, kosmik sənaye qarşıdakı illərdə də inkişaf edəcək:

“Bu gün qlobal kosmik sənayenin həcmi 380 milyard ABŞ doları civarında qiymətləndirilir. Praqmatik fikirlərə görə, 2040-cı ildə bu göstərici 1 tilyon ABŞ dollarına çatacaq. Bu da onu göstərir ki, nə qədər ölkə sərmayə qoyub və bu mənada əməkdaşlığa qoşulmağa çalışır. Biz də çalışırıq ki, bu qlobal kosmik sənayedə öz payımız olsun. Buna görə də qlobal aktuallıq vacibdir”.