“Azərkosmos” ASC 2021-ci ilin yanvar-aprel aylarında peyklərin kommersiya istismarından $16,6 milyon məbləğində gəlir əldə edib ki, bu da 2020-ci ilin yanvar-aprel aylarının göstəricisindən 2% çoxdur.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.

Yanvar-aprel aylarında “Azərkosmos” tərəfindən dünyanın 27 ölkəsinə xidmət ixrac edilib. Bu dövrdə xidmətin əsas həcmi ABŞ ($5,1 milyon), Malayziya ($3,6 milyon), Böyük Britaniya ($3,3 milyon), Fransa ($2,8 milyon) və BƏƏ-yə ($579 min) ixrac edilib.

Hesabat dövründə “Azərkosmos”un ümumi gəlirlərinin 91%-ni xidmətlərin ixracından əldə olunan gəlirlər təşkil edib.