Dövlət Kontrakt Korporasiyası - "Azərkontrakt" ASC maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün təkliflər sorğusu elan edib.

İqtisadiyyat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 11-nə qədər şirkətə təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 593-32-40 və 510-98-94 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.