Kürdəmir rayonunda yeni elektik şəbəkəsinin inzibati binası və yarımstansiya tikiləcək.

Bu barədə İqtisadiyyat.az "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Rayon ərazisində yeni elektik şəbəkəsinin inzibati binasının və 110/35/10 kV-luq 2x25 MVA gücündə "Kürdəmir" yarımstansiyasının tikintisi, mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işlərinə başlanılır.

Qeyd olunan işlərin reallaşdırılmasına 11.820.044,90 manat vəsaitin sərf olunacağı ehtimal olunur.