"Azərişıq" ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq 2022-ci ildən regionlarda başlanan yeni layihə çərçivəsində Salyanın Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndinin elektrik şəbəkəsi yenidən qurulub.

Bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq..

"Bu kəndlərdə ötən əsrin 50-60-ci illərində qurulmuş enerji təsərrüfatı artıq yararsız vəziyyətdə idi. Babacanlı qəsəbəsində ümumilikdə 10 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 13 km-dan çox 10 kV-luq, 28 km-a yaxın 0,4 kV-luq elektrik xətti yenilənib. 1 171 abonenti olan bu 2 yaşayış məntəqəsində elektrik sayğacları dəyişdirilib. Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndi ilə yanaşı, Salyanın Beşdəli, Cəngən, Xocalı və Qardaşbəyli kəndləri də bu layihədə yer alıb", - məlumatda deyilir.

Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.