"Azərişıq" ASC 110/35/10 kV-luq "Zaqatala" yarımstansiyasının yenidən qurulması (1), 35 kV-luq "Güləbird" (Laçın) yarımstansiyasından Minkəndə çəkiləcək 35 kV-luq elektrik xəttinin Laçın yoluna (dəhliz) düşən hissəsinin təchizatı (2), 0,4 kV-luq elektrik xətlərində sabit və dəyişən gərginliyi ölçən elektron cihazların mühafizəsi üçün qoruyucu vasitələrinin satın alınması (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

İqtisadiyyat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Şans Construction" MMC, "Smart Energy Services" MMC və "Smart Energy Solutions" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 6,453 milyon manat, 3,078 milyon manat və 4,13 milyon manat, ümumilikdə isə 13,662 milyon manat ödəniləcək.