"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 10-da, saat 10:00-da qurumun "Mərkəzi Aran" RETSİ-nin Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasında Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, qəbulda iştirak etmək istəyən şəxslər Yevlax və Mingəçevir Eelektrik Şəbəkələrinə, həmçinin "Azərişığ"ın 199 çağrı mərkəzinə, info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.