SOCAR “Azəriqaz” İstehsalat Birliyinin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Salyan rayonunda təşkil olunacaq.

Aksiya Salyan rayonu, Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 14-də saat   11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.