Havaların kəskin soyuması ilə bağlı təbii qazın qəbulu artır və bunun çərçivəsində istehlakçıların etibarlı və təhlükəsiz “mavi yanacaq”la təmin olunması həyata keçirilir.

İqtisadiyyat.az bildirir ki, bu barədə "Azəriqaz" İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Məmmədov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 fevral tarixində 42 mln. 271 min. kubmetr qaz qəbul edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 mln. 170 min. kubmetr çoxdur.

Rasim Məmmədov onu da əlavə edib ki, qaz qəbulu üzrə bu ilin ən maksimal göstəricisi yanvarın 11-də qeydə alınıb və 46 mln. 567 min kubmetr təşkil edib.