“Son zamanlar “Azəriqaz”a sosial mediadan və digər vasitələrdən borclarla bağlı çoxlu sayda müraciətlər daxil olur”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib. 

O bildirib ki, birliyin ünvanına abonentlərə haqsızlıq edildiyi, qazın verilişinin dayandırıldığı ilə bağlı müxtəlif fikirlər yazılır:

“Bilirsiniz ki, biz qış aylarında abonentlərə güzəşt edərək böyük həcmdə qaz sərfiyyatı həyata keçirən və ödəniş edə bilməyən abonentlərin qaz sərfiyyatını dayandırmır, ödənişin yay aylarında edilməsinə şərait yaradırdıq. Lakin, bəzi abonentlərimiz bu məsələdə bizə dəstək olmaq istəmirlər”.

Ruslan Əliyev abonentlərdən xahiş edib ki, az sərfiyyat olan aylarda qış aylarında yaranmış borcları ödəsinlər.