İqtisadiyyat.az xəbər verir ki, yenidənqurma işlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər "Azərenerji" ASC-yə tapşırılıb.

Belə ki, yenidən qurulacaq yarımstansiyalar 110/35/10 kV-luq "Naxçıvan", 110/35/10 kV-luq "Çeşməbasar" və 154/110/10 kV-luq “Babək” yarımstansiyalarıdır.

Eyni zamanda yenidənqurma işləri çərçivəsində Naxçıvan enerji baş idarəsinin tikintisi də nəzərdə tutulub.

"Azərenerji" yenidənqurma və tikinti işlərinin 71 milyon manata başa gələcəyini proqnozlaşdırıb.