"Azərenerji" ASC ötən il 1 711,4 milyon kVt/saat elektrik enerjisi ixrac edib. 

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 121,6 milyon ABŞ dolları təşkil edib. 

Bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 7,7 % və 75,4 % çoxdur.

Beləliklə, əgər 2021-ci ildə "Azərenerji" hər kVt/s elektrik enerjisini 0,04 ABŞ dollarına satırdısa, 2022-ci ildə bu rəqəm təxminən 75 % artaraq 0,07 ABŞ dollarına çatıb.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,3 %, qeyri-neft sektoru üzrə ixracında isə 4 % paya malik olub.