"Azercell"in bəzi xidmətlərində yenidən problemlər yaranacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu dəfə problemlər 2-3 noyabr tarixlərini əhatə edəcək.

"Azercell Telekom"un abonentləri bu kimi problemlərin mütəmadi və davamlı olaraq yaşandığını bildirirlər. 

Şirkət isə yaranan problemlərin göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar olduğunu iddia edir.

Qeyd edilir ki, çətinliklər 02.11.23-cü il tarixi saat 23:00-dan etibarən 03.11.2023-cü il tarixində gecə saatları ərzində davam edəcək.

Xatılrladaq ki, şirkət bundan əvvəl problemlərin ayın 1 və 2 tarixlərində olacağını bildirmişdi.