Azərbaycanlı iş adamı Mübariz Mənsimva məxsus olan “Palmali” Şirkətlər Qrupunun Azərbaycandakı biznes “budaqlarından” daha biri barədə məhkəməyə müraciət edilib.

Ölkənin böyük mobil operatoru “Azercell Telekom” MMC, “PalmaLife” MMC (Palmalife Lankaran Resort) barəsində Şirvan Kommersiya Məhkəməsinə müraciət edib.

Məhkəmədəki işin mahiyyəti “sair öhdəliklər üzrə mübahisələr” göstərilib.

Xatırladaq ki, Lənkəranda fəaliyyət göstərən “PalmaLife” 2010-cu ildə təsis edilib. Hazırda 20 min manat nizamnamə kapitalına sahibdir. Türkiyədə Bodrumda, dəniz sahilindı “PalmaLife” brendi altında otellər mövcuddur.