Sabahdan "Azercell"in bəzi xidmətlərində problemlər yaranacaq.

İqtisadiyyat.az xəbər verir ki, problemlər 1-2 noyabr tarixlərini əhatə edəcək.

"Azercell Telekom"un abonentləri bu kimi problemlərin mütəmadi və davamlı olaraq yaşandığını bildirirlər. 

Şirkət isə yaranan problemlərin göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar olduğunu iddia edir.

Qeyd edilir ki, çətinliklər 01.11.23-cü il tarixi saat 23:00-dan etibarən 02.11.2023-cü il tarixi səhər saat 09:00-dək davam edəcək.