"Əsas hədəflərimizdən biri dünya bazarında trend olan məhsulların Azərbaycanda da tətbiq olunmasıdır".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri "Türkiyə-Azərbaycan Fintech Forumu 2023" tədbirində çıxış edən "PashaPay" şirkətinin müşaviri İqbal Rüstəmov deyib.

O bildirib ki, "PashaPay" şirkətinin yeni məhsulu olan m10-a maraq getdikcə artmaqdadır:

""PashaPay" xidməti bir toxunuşla və maksimum səmərə ilə rahat pul köçürmələri həyata keçirməyə imkan verən ödəniş ekosistemidir. "PashaPay" 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub. Hazırda əhali bütün ölkə üzrə yayılmış 5500-dən çox MilliÖN terminalı vasitəsilə 700-dən çox xidmətdən istifadə etməklə ödənişlərini həyata keçirir. Bunların arasında mobil rabitə, kommunal xidmətlər, sığorta, dövlət rüsumları, hüquqi şəxslərin ödənişləri və digər xidmətləri qeyd etmək olar. 2022-ci ilin iyul ayında "PashaPay" yeni m10 mobil tətbiqini uğurla təqdim edərək fiziki şəxslər və sahibkarlara öz əməliyyatlarını sadələşdirmək üçün imkan yaradıb. Elektron pulqabı olan m10-un ən böyük üstünlüyü tamamilə komissiyasız ölkədaxili pul köçürmələridir. Yeni məhsulumuz olan m10-da istifadəçi sayı 2 milyondan artıqdır. Ümid edirik ki, qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün münbit şərait var. Bu gün bazarda çox sağlam rəqabət mühiti var". 

Qeyd edək ki, "PashaPay" şirkəti "Pasha Holding" MMC yeni yaratdığı ödəniş sistemidir.

Gülşən Şərif