Zəlzələnin baş verdiyi Kahramanmaraşda xilasetmə əməliyyatlarında iştirak edən  Azərbaycanlı tələbə və təhsil işçiləri ölkəmizə qayıtmaqdan imtina edir, bölgədəki işlərə yardım etmək istəyirlər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat verib. 2015-ci ildən Türkiyədə təhsil alan azərbaycanlı tələbə Elxan Qurbanlı agentliyə danışarkən bunları deyib:

"İçimdən bir səs mənə "getməməlisən, burada qal" dedi. Birincisi, biz iki dövlət olsaq da, tək millətik. İkincisi isə 8 ildir ki, bu şəhərdə yaşayıram, uğurlarımın çoxunu bu şəhərə borcluyam".