Kahramanmaraşda axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün Azərbaycandan gedən Ceyhun Xəlilov özünün qabaqcıl təsvir aparatı ilə 14 nəfərin həyatını xilas edib.

İqtisadiyyat.az bildirir ki, Ceyhun Xəlilov zəlzələ xəbərini eşidən kimi Türkiyəyə getmək üçün Bakıdakı qurumlara müraciət edib. Uçuşların ləğvi ilə əlaqədar bir gecə hava limanında qalmalı olub və ilk tapdığı təyyarə ilə Ankaraya gedib.

İstifadə etdiyi dağıntı altı görüntüləmə cihazının qabaqcıl xüsusiyyətlərə malik olduğunu bildirən Xəlilov, iki kamera və akustik səs yazıcıdan ibarət sistemin dağıntılar altındakı vəziyyəti göstərdiyini və orada qalanlarla əlaqə yarada bildiyini deyib.

Qeyd edək ki, AFAD və axtarış-xilasetmə qrupları ilə işləyən azərbaycanlı 14 nəfərin dağıntılar altından xilas edilməsində böyük dəstək göstərib.