Rusiyanın Yakutiya muxtar vilayətində yaşayan, əslən azərbaycanlı, milyonçu və xeyriyyəçi, "Almaz” mağazalar şəbəkəsinin sahibi Mətləb İbadov aprelin 1-də koronavirusdan dünyasını dəyişib.

Bu barədə “Yakutsk Veçerniy” teleqram kanalına istinadən xəbər verir.

Mətləb İbadov əfsanəvi şəxsiyyətdir. 1978-ci ildən Yakutiyada işləyir. Hələ sovet dövründə o, “Studenchesky” mağazasını tikdirmişdi. Son zamanlar o, əsasən “Almaz” ticarət şəbəkəsinin sahibi kimi tanınırdı. Bu, Yakutiya ərazisində spirtli içkilərin ən böyük rəsmi topdansatış distribyutorlarından biridir. Mətləb İbadov həm də yol tikintisi ilə məşğul olub.


İctimaiyyətə məlum olan mənbələrə görə, İbadov 11 müəssisədə təsisçi və ya direktor vəzifəsində çalışıb, onların əksəriyyəti ləğv edilib.

Sakhalife qeyd edir ki, sahibkar geniş xeyriyyəçilik fəaliyyəti həyata keçirib, lakin bunu heç vaxt reklam etməyib.

2019-cu ildə o, bloqqer Aleksey Basılayevə yeganə müsahibəsini verdi və oradakı açəqlamaları onu Yakutiya sakinlərinə daha da sevdirmişdi:

“Yakut milli mədəniyyətinə böyük hörmətim var, özüm də Yakutiyanın böyük vətənpərvəriyəm, mənim üçün ən yaxşı tətil təbiətdə vaxt keçirməkdir. Bəzən dostlarım, sadə ovçular və balıqçılarla 45 gün Yakut tayqasında dimcəlirəm”.