Paris Böyük Dəbilqə turnirdə yarışacaq heyətimizdə dəyişiklik oldu

İqtisadiyyatd.az xəbər verir ki, 4-5 fevralda Fransanın paytaxtı Paris şəhərində keçiriləcək Böyük Dəbilqə turnirində -60 kq. çəki dərəcəsində çıxış etməli olan cüdoçumuz Kəramət Hüseynov zədələndiyi üçün milli yığmanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.

Kəramət Hüseynovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.