Azərbaycan cüdoçusu Böyük Dəbilqənin finalına çıxdı.

İqtisadiyyat.az xəbər verir ki, Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə -90 kq. çəki dərəsəsində yarışan  Murad Fətiyev yarımfinalda Gürcüstan təmsilçisi Luka Maysuradzeni məğlub edərək finala yüksəlib. Murad niderlandlı cüdoçu Noel Van T End ilə qızıl medal uğrunda güclərini sınayacaq.