Almaniyanın Dortmund şəhərində güllə atıcılığı üzrə qadınlar arasında ISAS 2024 beynəlxalq turniri keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan yığması bu gün daha iki medal qazanıb.

Belə ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında ilk iki pillədə idmançılarımız yer alıb. A

Nigar Nəsirova və Ruslan Lunyov tandemi qızıl medal, Xanna Əliyeva və Elvin Astanov isə 2-ci yeri tutaraq gümüş medal qazanıblar