Mingəçevir Dövlət Dram Teatrının aktrisası Elmira İbrahimova vəfat edib.

Bu barədə Dram Teatrı sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, aktrisa 66 yaşında kəskin ürək çatışmazlığından dünyasını dəyişib.

“Bu gün teatrımızın dəyərli sənətçisi, aktrisamız Elmira İbrahimova haqq dünyasına qovuşdu. Rəhbərlik və kollektiv adından yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin”, - deyə məlumatda qeyd edilib.