Azərbaycan və Türkmənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat nazirir Mikayıl Cabbarov öz "X" hesabında bildirib.

"Türkmənistana səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə ölkələrimizin ortaq fəaliyyətinin və iqtisadi sahədə tərəfdaşlığının regionun inkişafı üçün faydalarından məmnunluq ifadə etdik və ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr apardıq", - o, qeyd edib.