Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın "Kazmunaigas" milli şirkəti bu gün Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti üzrə strateji əməkdaşlığa dair memorandum imzalayıblar.

İqtisadiyyat.az "TASS"a istinadən xəbər verir ki, sənəd iki ölkənin Baş naziri Əli Əsədov və Əlixan Smayılov arasında Bakıda keçirilən danışıqların yekunları üzrə imzalanıb.

Bundan əlavə, "Azərbaycan Dəmir Yolları" QSC, "Qazaxıstan Dəmir Yolları Milli Şirkəti" SC və "Gürcüstan Dəmir Yolları" SC arasında birgə müəssisənin yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında Saziş imzalanıb.