Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi artıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşündə bildirilib. 

İki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın inkişaf dinamikasından məmnunluq ifadə olunub, cari ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin 28% artdığı bildirilib.

Eyni zamanda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilərək, 2024-cü ilin ilk yarısında iki ölkə arasında tranzit daşımaların həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 37% artdığı məmnunluqla qeyd olunub.