Azərbaycan ilə Gürcüstan arasında bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi 520,3 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40,4 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 456,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 64,1 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi 479,9 milyon dollar təşkil edib.