Azərbaycan Çin ilə iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq imkanları və potensial layihələr barədə müzakirələr aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkədəki hesabında yazıb.

O qeyd edib ki, Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Sin Quobin ilə görüşdə ölkələr arasında iqtisadi əlaqələrin inkişafı, sənaye istehsalı, Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə bağlı müzakirələr aparılıb.