Azərbaycanla Avstriya arasında enerji sahəsində əməkdaşlıq üzrə gələcək perspektivlər müzakirə edilib.

Bu barədə İqtisadiyyat.az-a Energetika Nazirliyindən bildirilib.

Müzakirələr energetika naziri Pərviz Şahbazovun Avstriyanın enerji tənzimləyici qurumu “E-Control”un icraçı direktoru, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) vitse-prezidenti Volfqanq Urbançiç ilə keçirilən görüşdə baş tutub.

Görüş zamanı Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumları arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb, mövcud əməkdaşlığın gündəliyi nəzərdən keçirilib.