Ötən ay Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 60 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 100,6 milyon dollar azdır.

Hesabat dövründə Almaniyadan Azərbaycana 57,5 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Almaniyaya ixracı isə 2,4 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova