Ötən il Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 395 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2022-ci illə müqayisədə bu göstərici 24,3 milyon dollar azdır.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 32,3 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 1 milyard 363 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova