Ötən ay Azərbaycan 6,8 milyon ABŞ dolları dəyərində ayaqqabı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 7,2 % çoxdur.

Qeyd edək ki, bu dövrdə Azərbaycan 19,6 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

 

Gözəl Həşimova