Azərbaycan Mərkəzi Bankı 2022-ci illə bağlı sığorta sektorunda qarşıya qoyulan məqsədlərə Solvency 2 standartlarına keçidi də daxil edib.

Azərbaycanda sığorta sektorunun dünya standartlarına uğunlaşdırlması üçün atılan addımlara daxil edilən Solvency 2 standartlarına keçinin özündə nəyi ehtiva etdiyi həm sığorta sektorunda fəaliyyət göstərənlərə həm də sığorta xidmətlərindən aktiv istifadə edən vətəndaşlar üçün maraqlıdır.Bu standartalara keçdikdən sonra Azərbaycanın sığorta sektorunda konkret nə dəyişəcək? Sığorta ekperti İlkin İbrahimov “Fins.az“a Solvency 2 standartlarına keçidin  Azərbaycanın sığorta sektorunda yaradacağı dəyişikliklərə aydınlıq gətirərək bildirib ki, Solvency II standartlarının əsas məqsədlərindən biri Nəzarətedici təşkilatların məqsədlərinə töhfə verməkdir.

Sığorta mütəxəssisi ölkəmizdə Nəzarətedici orqanın məqsədlərinin strukturuna toxunaraq “Bu məqsədlə, bazarda fəaliyyət göstərən bütün sığorta və təkrarsığorta şirkətləri üçün ehtiyatlı hüquqi bazanın yaradılmasıdır .Uyğunlaşmanı maksimuma çatdırmaq üçün bank işində istifadə olunan prinsiplərə tətbiq olunmalıdır. Bu yeni yanaşmada sığortalıları qorumaq sığortaçının riskləri sahib olduqları kapitala uyğunlaşdırmaq əsas faktorlaradan olacaq. Bunun üçün aktiv və öhdəliklərin ölçüldüyü yerlərdə iqtisadi prinsiplərə əsaslanma mühüm əhəmiyyət kəsb edir”, -deyə qeyd edib.