Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 400,959 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 184,843 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,2% çoxdur.

2020-cu ilin yanvar-iyun aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 46,1 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-iyun aylarında bu göstərici 33 manat olub.report