Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında 35,5 milyon ABŞ dolları dəyərində 620,7 min ton hazır və ya klinker formasında sement ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,5 milyon dollar, həcm baxımından isə 20,3% çoxdur.

Əlavə edək ki, bu dövrdə sement ixracı Azərbaycanın ümumi ixracının 0,13%-ni təşkil edib.

 

Gözəl Həşimova