Azərbaycan bu ilin yanvar-fevral aylarında 2,1 milyon dollar dəyərində 2,9 min ton şəkər ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 71 % azdır.

Əlavə edək ki, hesabat dövründə şəkər ixracının qeyri-neft sektorununun ixracında xüsusi çəkisi 0,47 % təşkil edib.

 

Gözəl Həşimova