Bu ilin yanvar-avqust aylarında Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 180,7 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 milyon dollar artıb.

Məlumata görə, ötən ilin eyni aylarında ölkə şəkər idxalına 174,5 milyon dollar xərcləyib.

Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,42%-ni təşkil edib.

 

Gözəl Həşimova