Azərbaycanda hasil olunan qiymətli metalların həcmi açıqlanıb.

Dövlət Statistika Komitəsindən əldə olunan məlumata əsasən, 2020-ci ildə ölkəmizdə 7 881,3 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.

Onların ümumi hasilatı 2019-cu ilin göstəriciləri ilə müqayisədə 4,6 faiz artıb. Eləcə də, ötən il Azərbaycanda 3 571 kiloqram qızıl, 4 309,8 kiloqram gümüş hasil edilib. Əvvəlki illə müqayisədə qızıl hasilatı 3,8 faiz azalıb, gümüş hasilatı isə 12,8 faiz artıb.

Bildirilib ki, 1 yanvar 2021-ci il tarixinə görə, ölkədə 115,2 kiloqram hazır qızıl ehtiyatı, 64,6 kiloqram hazır gümüş ehtiyatı var.

Əlavə edək ki, 2020-ci ildə 2 641,6 ton mis filizləri və konsentratları hasil edilib. Ümumi hasilat həcmi 2019-cu illə müqayisədə 19,4 faiz artıb. İlin əvvəlində bu məhsul növü üzrə 242,6 ton hazır ehtiyat yaranıb.