Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qaz yataqlarından 25 976,33 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da illik müqayisədə 5,61% çoxdur.

Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən təbii qazın 25 506,48 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,52% çoxdur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın qaz yataqlarından 33 410,7 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da illik müqayisədə 6,7% çoxdur. Hesabat dövründə Azərbaycanda istehsal edilən təbii qazın 32 848,64 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb, bu da illik müqayisədə 6,9% artım deməkdir.