Azərbaycan bu ilin yanvar-avqust aylarında 15,8 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Bu dövrdə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 5,4 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə ölkədən ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9%, dəyəri isə 47,8% azdır.
Əlavə edək ki, Azərbaycanın ümumi ixracında təbii qazın payı 29,92 % olub.
Gözəl Həşimova