"Bundan sonra Ağdam-Xənkəndi yolu ilə yüklərin daşınmasına hər hansı bir maneə törədiləcəyi halda Laçın yolunun avtomatik olaraq bağlanılacağını da hər kəs bildi".

Bu sözləri ötən gün səhər saat 07:00 radələrində Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından BQXK-nin yük avtomobillərinin eyni vaxtda keçidinin təmin olunmasını şərh edən politoloq Yusif Bağırzadə İqtisadiyyat.az-a açıqlamasında deyib.

 

9fa3a131-dda7-445f-9203-396c7ed1b00d.jpg

 

Onun sözlərinə görə, rəsmi Bakı ilk gündən etibarən Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdə çatdırılması təklifi ilə çıxış edirdi. Bununla bağlı hələ sentyabrın 1-də razılıq əldə edilmişdir. Lakin Qarabağdakı separatçı rejim bu prosesi qəsdən uzadırdı:

"Bütün hallarda məsələ Azərbaycan dövlətinin maraqlarına uyğun olaraq, Azərbaycanın istədiyi kimi öz həllini tapdı. Başqa sözlə desək, Azərbaycanın prinsipial, ədalətli, legitim mövqeyi təmin olundu. Azərbaycan beynəlxalq ictimaiyyətə bir daha sübut etdi ki, əslində hər hansı bir blokadadan söhbət getmirdi və blokada deyilən bir şey yox idi. Sadəcə Ermənistanın və Qarabağdakı separatçı rejimin, eləcə də ayrı-ayrı ölkələrdəki və beynəlxalq qurumlardakı lobbi qurumlarının qərəzli yönləndirməsi var idi. Lakin göründüyü kimi Ermənistanın və Xankəndidəki separatçıların ayrı-ayrı havadarların köməyi ilə apardıqları təbliğat faktiki olaraq, heç bir nəticə vermədi.

Ötən gün Ağdam-Xankəndi yolu ilə paralel təbii olaraq Laçın olu ilə də yüklərin daşınması həyata keçirilib. Həmin yük maşınlarının keçidi yenə də rəsmi Bakının dəfələrlə qeyd etdiyi kimi sərhəd-buraxılış məntəqəsində müvafiq yoxlama aparıldıqdan sonra baş tutub. Bu hadisə əslində təkcə Ermənistanın və separatçı rejimin deyil, eyni şəkildə onları dəstəkləyən dövlətlərin və beynəlxaq təşkilatların da məğlubiyyəti kimi şərh edilə bilər. Son bir aya yaxın müddət ərzində baş verənlər, Azərbaycana qarşı qarayaxma kampaniyasının nəticəsiz qalması ilə yanaşı, həm də ikiüzlü Qərbin özünü pis vəziyyətə saldı. İndiyə qədər guya ki, bitərəf vasitəçi qismində proseslərdə iştirak edən güclərin bu istiqamətdə fəaliyyət imkanları daralmış oldu. Belə ki, Fransanın qismində haqsız, qərəzli və birtərəfli mövqe sərgiləyən Fransa necə proseslərdən kənarda qaldısa, indi eyni aqibət digərlərini də gözləməkdədir. 
Biz bu müddət ərzində Avropa İttifaqının bəyanatlarında “Dağlıq Qarabağ” ifadəsinin yer almasının, Qarabağ erməniləri üçün hansısa beynəlxaq təhlükəsizlik mexanizminin yaradılmasının şahidi olduğumuz kimi, ABŞ tərəfindən də ədalətsiz mövqenin, separatçılara dəstəyin şahidi olduq".

Gülşən Şərif