Azərbaycan bu ilin yanvar-avqust aylarında 124.2 milyon dollar dəyərində 112 min ton pomidor ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 9,9 milyon dollar azalıb.

Əlavə edək ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycandan 134.2 milyon dollar dəyərində 112,3 min ton pomidor ixrac edilib.

 

Gözəl Həşimova