2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq  ərzaq, içki tütün məmulatları və qeyri-ərzaq malları satılıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə, pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,4 faiz artıb.