Ötən il ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 15,1 mlrd. ABŞ dollarına yaxın ixrac əməliyyatları həyata keçirib.

Redaktor.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il 2018-ci ildə olduğu kimi, İtaliya Azərbaycanın əsas ixrac partnyoru olub. Onun ardınca Türkiyə, İsrail və Hindistan gəlir.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2018-ci illə müqayisədə 7,7% artaraq 33 302,81 mln. dollar təşkil edib.

Ötən il Azərbaycanın ixracında əsas ölkələrin reytinqi:

#

Ölkə

İxrac, ABŞ dolları

Ümumi ixraca nisbətən, %

2018-ci ildə reytinqdə mövqeyi

1

İtaliya

5 638 641 820

28,72

1

2

Türkiyə

2 862 694 580

14,58

2

3

İsrail

1 331 616 190

6,78

3

4

Hindistan

955 865 620

4,87

5

5

Almaniya

931 783 430

4,75

6

6

Çin

752 162 630

3,83

-

7

Rusiya

731 826 200

3,73

8

8

İspaniya

704 459 850

3,59

14

9

Çexiya

647 451 220

3,30

4

10

Gürcüstan

586 904 090

2,99

12