İqtisadiyyat.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ötən il Norveçin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiyalar 136,7 milyon dollar olub.
Bu isə 2023-cü illə müqayisədə 10,1% azalma deməkdir.
Hesabat dövründə Norveçin Azərbaycanın ümumi investisiya portfelindəki payı 2,3%-dən 1,9%-ə enib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyaların ümumi həcmi 1,76 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 43,45% azdır. Eyni zamanda, ölkəyə cəlb edilən birbaşa xarici investisiyalar 7,05 milyard dollar olub və bu, 5,8% artım deməkdir.