Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 840,9 mln. manat təşkil edib.

Bu barədə "APA"-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,1%-ni təşkil edib.